AFFA türkiyəli forvarda dəvət göndərib
Türkiyənin "Bursaspor" klubunun forvardı Deniz Yılmaz Azərbaycan yığmasından dəvət alıb. Bunu futbolçunun meneceri Erdem Karagöl açıqlayıb:

“Deniz Yılmaz indiyə kimi Türkiyə yığmasının heyətində oynamadığından Azərbaycanda çıxış etməsi üçün heç bir əngəl yoxdu. Deniz əslində “ay-ulduzlu”ların formasını geyinmək istəyirdi. Amma bu baş vermədiyindən onu sevindirən bu təklifə isti yanaşır. Hazırda bu haqda düşünmək üçün bir az vaxt istəyir. O, indi “Bursaspor”un mövsümöncəsi təlim-məşq toplanışındadı. 3-4 günə qərarını verəcək”.

Xəbər 632 dəfə oxundu.