Sumqayıtla Zirədən qolsuz heç-heçə | |
"Sumqayıt" 2016/2017 futbol mövsümü üçün hazırlığını baş məşqçi Samir Abasovun rəhbərliyi altında gündə iki dəfə olmaqla davam etdirir. Sözügedən komanda təlim-məşq toplanışının 1-ci mərhələsi dövründə növbəti yoxlama oyununu keçirib. "Sumqayıt" "Zirə" ilə qarşılaşıb. Oyun qolsuz başa çatıb - 0:0. Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama oyununda "Şuşa-Qarabağ"ı minimal hesabla üstələmişdi - 1:0. "Zirə" isə "Qarabağ"a 0:4 hesabıyla uduzmuşdu. |
|
Xəbər 644 dəfə oxundu. |
|
|