Sumqayıt Türkiyəyə gedir
"Sumqayıt" 2016/2017 futbol mövsümü üçün hazırlığın birinci mərhələsini başa vurub. Bir günlük istirahətin ardından Samir Abasovun rəhbərlik etdiyi komanda iyulun 12-də hazırlığın 2-ci mərhələsi üçün qonşu Türkiyəyə yola düşəcək.

Komanda iyulun 26-dək Bolu bölgəsində təlim-məşq toplanışı keçəcək. "Sumqayıt" Türkiyədə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblər barəsində klubun rəsmi saytında açıqlama veriləcək. Komanda Bolunun VON Hotelində məskunlaşacaq.

Xəbər 709 dəfə oxundu.