Azərbaycanın stolüstü tennisçiləri Ermənistan millisinə qalib gəliblər
Xorvatiyanın Zaqreb şəhərində yeniyetmələr və gənclərin stolüstü tennis üzrə Avropa çempionatına start verilib. İyulun 17-dək davam edəcək çempionat Azərbaycan millisi üçün uğurla başlayıb.

İlk oyunda Ermənistan yığması ilə qarşılaşan oğlanlardan ibarət milli komandamız 3:0 hesabı ilə qalib gəlib. Komandamızın öz qrupunda növbəti rəqibləri Estoniya və İsrail komandaları olacaq.

İlk görüşlər qızlardan ibarət millimiz üçün də uğurlu olub. Lüksemburq və Avstriya komandalarına 3:0 hesabı ilə qalib gələn yığma komandamız növbəti oyunlarını İspaniya, Bosniya və Herseqovina komandalarına qarşı keçirəcək.

Xəbər 877 dəfə oxundu.