Qarabağın ilk oyununa hakim təyinatları açıqlandı
Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Düdelanj"ına qarşı keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. İyulun 12-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək oyun israilli hakimlərə tapşırılıb.

Baş hakim Orel Qrinfild olacaq. 35 yaşlı referiyə həmyerliləri Danni Krasilkovla İdan Yarkoni kömək edəcək. Dördüncü hakimisə Menaşe Masiahdır.

Xəbər 620 dəfə oxundu.