İspaniyalı məşqçi millimizdən ayrıldı
21 və 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandalarının baş məşqçisi Patrisiya Qonzales postundan gedib. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, ispaniyalı mütəxəssis öz istəyinə uyğun olaraq, AFFA ilə qarşılıqlı razılıq əsasında tutduğu vəzifədən ayrılıb.

AFFA Patrisiya Qonzalesə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbər 598 dəfə oxundu.