Dünya çempionatı Bakıda?
Şahmat üzrə 2013-cü ildə keçiriləcək dünya çempionatı Azərbaycanda təşkil edilə bilər. İdman.com.az saytının məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov məlumat verib. O bildirib ki, artıq Azərbaycan Şahmat Federasiyası Bakının iddiaçı şəhərlər arasında olacağını təsdiqləyib:

“Bu ölkənin nümayəndələri Londondakı iddiaçıların turnirinin yekununa hələ çox qalmış bildirirlər ki, 2013-cü il dünya çempionatına ev sahibliyi etmək istəyirlər. Onlar bu mötəbər yarışı keçirməyə iddiaçı olacaq şəhərlərin mübarizəsinə qoşulmağa hazırlaşırlar”.

Qeyd edək ki, Azərbaycan 2 il ardıcıl iddiaçıların turnirini Bakıda keçirmək istəsə də, erməni Levon Aronyanın ölkəmizə gəlməkdən imtina etməsi səbəbindən, bunu reallaşdıra bilmir.

Xəbər 1038 dəfə oxundu.