Samtredia - Qəbələ oyununun hakimləri müəyyənləşdi
“Qəbələ”nin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində keçirəcəyi Gürcüstanın “Samtredia” klubu ilə cavab oyununun hakimləri müəyyənləşib. İyulun 7-də baş tutacaq qarşılaşmanı yunanıstanlı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Georgios Kizas olacaq. “Samtredia” - “Qəbələ” oyunu Zestafonidə keçiriləcək. David Abaşidze adına stadionda baş tutacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xatırladaq ki, iyunun 30-da Bakıda keçirilən ilk oyunda “Qəbələ” 5:1 hesabı ilə qalib gəlib.

UEFA Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
7 iyul

19:00. “Samtredia” (Gürcüstan) – “Qəbələ”
Baş hakim: Georgios Kizas (Yunanıstan)
Baş hakimin köməkçiləri: Çasan Koula, İoannis Sipkas ( hər ikisi Yunanıstan)
Dördüncü hakim: Aleksandros Aretopulos (Yunanıstan)
Zestafoni. David Abaşidze adına stadion
İlk oyun – 1:5

Xəbər 632 dəfə oxundu.