Neftçinin rəqibi Bakıya gəldi
Avropa Liqasının birinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Baltsan" klubu Bakıya gəlib. Bu gün maltalılar saat 18:00-da "ağ-qaralar"ın bazasında məşqə çıxacaqlar.

Sabah isə onların matçın keçiriləcəyi 8-ci km stadionunda məşqi olacaq. Həmin hazırlıq prosesi saat 20:00-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" ilə "Baltsan" arasındakı ilk matç bakılıların 2:0 hesablı səfər qələbəsi ilə başa çatıb.

Xəbər 832 dəfə oxundu.