“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının güləşçisi Avropa çempionu olub
Rumıniyanın paytaxtı Buxarest şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı keçirilib.

Çempionata “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialından iki güləşçi qatılıb. 74 kiloqram çəkidə mübarizə aparan Murad Süleymanov əvvəlcə Yunanıstan təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Ardınca Gürcüstan və Polşa idmançılarını mübarizədən kənarlaşdıran M.Süleymanov yarımfinalda Litva təmsilçisini məğlub edərək finala yüksəlib.

Həlledici görüşdə güləşçimiz Rusiya təmsilçisinə də qalib gələrək Avropa çempionatının qızıl medalına yiyələnib.


Xəbər 654 dəfə oxundu.