Şahmatçılarımız Batumi Şəhər Bələdiyyəsi Kuboku festivalının mükafatları uğrunda yarışırlar
Batumidə “Batumi meriyası kuboku-2016” Beynəlxalq Şahmat Festivalı başlanıb. Festivalın proqramına müxtəlif format və yaş kateqoriyalarında 10 tur daxildir.

Ən güclü “A” Open (FIDE reytinqi 2200-dən yuxarı) turnirində 8 ölkədən 44 şahmatçı, o cümlədən Azərbaycanın FIDE təmsilçiləri Maqomed Muradlı, Murad Nuri, Xanım Balacayeva və ustalığa namizəd Kənan Qarayev mübarizə aparırlar.

İki turdan sonra turnirdə 7 şahmatçı, o cümlədən 2 xal toplamış Maqomed Muradlı liderlik edir. Azərbaycanın digər təmsilçilərinin hər birinin aktivində 1 xal var.

Turnirdə 9 qrossmeyster və 12 beynəlxalq usta iştirak edir.

Şəhər Bələdiyyəsi Kuboku Beynəlxalq Festivalı İsveçrə sistemi üzrə 9 turda keçirilir.

Xəbər 636 dəfə oxundu.