Qarabağ Avstriyadan qayıtdı
"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışını başa vururaq Bakıya qayıdıb. Ötən gün səhər saatlarında Almaniya ilə sərhəddə yerləşən Kössen qəsəbəsindən ayrılan komanda Münhen şəhərinə yollanıb.

Münhen-İstanbul-Bakı reysi ilə hərəkət edən "Qarabağ" axşam saatlarında vətənə çatıb. Komanda bu gündən etibarən Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacağı Lüksemburqun "Düdelanj" klubu ilə oyunun hazırlıqlarına start verəcək.

Xatırladaq ki, "Qarabağ" 17 günlük toplanışda 3 yoxlama keçirib. İlk oyunda yerli "Vakker"ə (İnsbruk) 0:1 hesabı ilə məğlub olan komanda ikinci matçda Rusiya "Zenit"inə eyni hesabla qalib gəlib. Son matçda isə Ağdam klubu son Albaniya çempionu "Şkenderbeu"ya minimal fərqlə məğlub olub - 0:1.

Qeyd edək ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Düdelanj" matçı iyulun 12-də Respublika stadionunda baş tutacaq və saat 21:00-da start götürəcək.

Xəbər 640 dəfə oxundu.