Ağdamın “Qarabağ” komandası Albaniya çempionu ilə qarşılaşıb
Avstriyada təlim-məşq toplanışını davam etdirən Ağdamın “Qarabağ” futbol komandası üçüncü yoxlama oyununu keçirib.

Komandamız Albaniya çempionu “Şkenderbeu” ilə üz-üzə gəlib. İlk hissənin son dəqiqəsində rəqibin cərimə zərbəsindən vurduğu qol matçda yeganə olub – 1:0.

Xatırladaq ki, “Qarabağ” ilk yoxlama oyununda Avstriyanın "Vakker İnsbruk" komandasına 0:1 hesabı ilə məğlub olmuşdu. İkinci yoxlama matçında isə Azərbaycan çempionu Rusiyanın “Zenit” klubuna eyni hesabla qalib gəlmişdi.

Xəbər 846 dəfə oxundu.