Nazarov Almaniyada yeni klubla müqavilə imzaladı
Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarov özünə yeni klub tapıb. O, Almaniyanın "Ersgebirge" (Aue) komandasına keçib.

Təcrübəli yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqavilə imzalayıb. Nazarov bu komandada 30 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Ersgebirge" də Almaniya ikinci Bundesliqasında çıxış edir. Dmitrinin son komandası da bu liqada çıxış edən "Karlsrue" olub.

Xəbər 734 dəfə oxundu.