Arazın o tayına 10 bahadırımız yollanacaq
24-26 fevralda İranın Qum şəhərində yunan-Roma güləşçiləri arasında şəhid İmam Yadigarın xatirəsinə beynəlxalq turnir keçiriləcək. İdman.com.az saytının məlumatına görə, məşqçilər Şaban Donat və Turac Hüseynlinin rəhbərliyi ilə Arazın o tayına 10 pəhləvanımız yollanacaq.

Heyətdə Vilayət Qəhrəmanlı (55 kq), Sakit Cəlilov (60 kq), Azad Əliyev, Rüstəm Əliyev (hər ikisi - 66 kq), Emin Əhmədov (74 kq), Həmzət Usubov, Şəhriyar Məmmədov (84 kq), Araz Həsənov, Murtuza Tağıyev (96 kq) və Maksim Proxorov (120 kq) yer alacaqlar.

Xəbər 1102 dəfə oxundu.