Neftçi Şuşa-Qarabağa qalib gəldi
"Neftçi”nin əvəzedici komandası yeni mövsümə hazırlığı davam etdirir. "Dalğa Arena”nın ehtiyat meydançasında məşq edən əvəzedicilər hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçiriblər.

"Şuşa-Qarabağ”la qarşılaşan bu komanda 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 81-ci dəqiqədə Etibar Süleymanov vurub.

Qeyd edək ki, "Neftçi"nin əvəzedici komandası ilk yoxlama oyununda "Sabunçu” klubu ilə qarşılaşmışdı (1:1).

Xəbər 670 dəfə oxundu.