Millimizin sabiq oyunçusu Türkiyə klubunda
Azərbaycan yığmasının və "Sumqayıt"ın sabiq futbolçusu Uğur Pamuk özünə yeni klub tapıb. O, növbəti mövsümdən karyerasını Türkiyənin PTT 1-ci liqasında çıxış edən "Manisaspor"da davam etdirəcək.

Uğur artıq yeni klubu ilə iki illik müqavilə də imzalayıb. Pamuk keçidi ilə bağlı fikirlərini də bölüşüb:

"Manisaspor" kimi kluba keçdiyimə görə şadam. Bu komandaya maksimum faydalı olmaq istəyirəm".

Xəbər 649 dəfə oxundu.