“Avro-2016”: Uels millisi Belçika yığmasına qarşı
Bu gün Fransada futbol üzrə Avropa çempionatında ikinci dörddəbir final görüşü oynanılacaq.

Lillin “Pyer Morua” stadionunda turnirin sürprizlərindən hesab olunan Uels millisi ilə Belçika yığması üz-üzə gələcək.

Çempionata yaxşı başlamayan, ancaq tədricən öz oyununu tapan Belçika yığması səkkizdəbir finalda Macarıstanı yarışdan kənarlaşdırıb. Eden Hazardın liderlik etdiyi “qırmızı şeytanlar” heyətindəki oyunçulara görə, turnirin gizli favoritlərindən hesab olunur.

Uels isə Qaret Beyl və Aaron Remzi kimi ulduzları ilə addım-addım irəliləməyə davam edir. Səkkizdəbir finalın Britaniya derbisində Şimali İrlandiyanı tək qolla keçən Uels tarixində ilk dəfə yarımfinal uğrunda mübarizəyə qoşulacaq.

Xəbər 1093 dəfə oxundu.