Vasif Durarbəyli ABŞ-da keçirilən turnirdə iştirak edir
Bu gün Filadelfiyada şahmat üzrə 44-cü dünya open-turniri başlayıb.

Turnirdə 213 şahmatçı, o cümlədən 33 qrossmeyster iştirak edir. Əsas mükafata iddialılardan biri də azərbaycanlı qrossmeyster Vasif Durarbəylidir.

Ənənəvi turnir İsveçrə sistemi üzrə doqquz turda keçiriləcək.

Xəbər 711 dəfə oxundu.