“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim
Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb. Royko komandamızın heyətində Polina Rəhimovanı fərqləndirib:

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim. Çox vaxt onlar bizi qiymətləndirməyib. Ancaq bu gün belə deyildi. Komandamız rəqibə hörmətlə yanaşırdı. Voleybolçularımız 1 seti qazandıqdan sonra daha inamlı oynamağa başladı. Bu gün servislərdə çoxlu səhvlərə yol verdik. Azərbaycan dünyanın ən yaxşı oyunçularından biri olan Polina Rəhimovayla qürur duya bilər. Üçüncü setdə qalib gəlsəydik, hər şey fərqli ola bilərdi. Ancaq bunu bacarmadıq. Nəticədə oyun da əldən getdi”.

Xəbər 676 dəfə oxundu.