Qəbələdə ciddi itki
Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Samtredia" klubu ilə ilk oyuna çıxacaq "Qəbələ" ciddi itki ilə üzləşib. Bölgə təmsilçisinin yarımmüdafiəçisi Asif Məmmədov komandaya kömək edə bilməyəcək.

Buna səbəb onun zədə almasıdır. Bunu saytımıza futbolçunun özü bildirib: "Çox təəssüf ki, bu gün oynamayacağam. Gürcüstandakı yoxlama oyunlarından birində zədə aldım. Ümid edirəm ki, "Samtredia" ilə cavab matçına qədər hər şey qaydasına düşər və mən də meydana çıxaram".

Xəbər 667 dəfə oxundu.