“Avro-2016”-da dörddəbir final həyəcanı başlayır
Bu gün futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsinə start veriləcək.

İlk yarımfinalçının adı Polşa və Portuqaliya yığmaları arasında keçiriləcək matçdan sonra müəyyənləşəcək. Qrup mərhələsində xal baxımından Almaniyadan geri qalmayan və səkkizdəbir finalda İsveçrəni mübarizədən kənarlaşdıran Polşa millisi iddialarını davam etdirmək niyyətindədir.

Öz növbəsində Portuqaliya da matça qələbə üçün çıxacaq. Son Avropa çempionatında bürünc medallara yiyələnən Kriştianu Ronaldo və komanda yoldaşları bu dəfə daha yüksək nəticəyə can atırlar.

Polşa-Portuqaliya qarşılaşması Bakı vaxtilə saat 23:00-da başlayacaq.

Xəbər 807 dəfə oxundu.