"Qəbələ"nin sabiq idman direktoru Toni Adams İngiltərəyə qayıdıb
"Qəbələ"nin sabiq idman direktoru Toni Adams İngiltərəyə qayıdıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra vaxtilə şərəfini qoruduğu London "Arsenal"ında çalışacaq.

O, "Arsenal"ın digər əfsanəvi futbolçusu Tyerri Anri ilə birgə bu klubun U-18 komandasında çalışacaq. Lakin bu yöndə danışıqlar hələ davam edir.

Qeyd edək ki, Adams son mövsümə qədər "Qəbələ"nin idman direktoru vəzifəsində çalışırdı.

Xəbər 649 dəfə oxundu.