“Pirelli” şirkəti 2017-ci ildə bolidlərin 4-5 saniyə daha sürətli olmasını planlaşdırır
Avtomobil şinləri istehsalçısı olan və Formula-1 ilə müqaviləsini 2019-cu ilədək uzadan “Pirelli” şirkəti gələn il daha enli təkərlər istehsal edəcək.

Bu barədə “Pirelli”nin rəhbəri Marko Tronketti “La Gazette dello Sport”a müsahibəsində deyib.

O bildirib ki, gələn il bolidlərin hər dövrəni 4-5 saniyə daha tez başa vurmasını gözləyirik. Bu, həm yeni dəyişikliklərin, həm də təkərlərin hesabına olacaq. Təkcə təkərlərin hesabına 2,5 saniyə sürətlənmənin olacağını düşünürəm.

Builki mübarizə barədə də danışan M.Tronketti deyib: “Mövsüm sürprizlərlə doludur. “Renault” motorlarının inkişafı hesabına “Red Bull Racing” ilə mübarizə apara biləcək səviyyəyə çatıb. “Ferrari” bir qədər geridədir və ümid edirəm ki, onlar da aradakı fərqi bağlaya bilərlər”.

Xəbər 1018 dəfə oxundu.