Qəbələ fransız futbolçunu sifariş etdi
"Qəbələ" Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Gürcüstan "Samtredia"sı ilə ilk oyun öncəsi daha bir futbolçu sifariş edib. Bu, fransalı yarımmüdafiəçi Baqali Dabodur.

Onun adı artıq UEFA-ya göndərilmiş iştirak ərizəsinə daxil edilib. Bu da yeni transferin lazım gələcəyi halda, gürcülərlə görüşdə meydana çıxmasında problem olmayacağından xəbər verir.

Xəbər 667 dəfə oxundu.