Arkadi Naydiç Milan Vidmar Memorialının liderini izləyir
Sloveniyanın Bleda şəhərində yuqoslaviyalı məşhur şahmatçı Milan Vidmarın xatirəsinə həsr edilmiş 20-ci Memorial davam edir.

Dairəvi sistem üzrə keçirilən turnirdə 10 qrossmeyster iştirak edir. Beş turdan sonra 4,5 xal toplamış ukraynalı Andrey Volokitin turnirin yeganə lideridir. Onun ən yaxın rəqibləri hərəsi üç xal toplamış dörd qrossmeysterdir: Azərbaycan nümayəndəsi Arkadi Naydiç, alman Liviu-Diter Nisipyanu və turnirin ev sahibinin nümayəndələri Aleksandr Belyavski və Luka Leniç.

Arkadi Naydiç beşinci turda serbiyalı İvan İvanişeviçlə heç-heçə oynayıb . Bu gün keçiriləcək altıncı turda Azərbaycan şahmatçısı ağ fiqurlarla oynayacaq. Onun budəfəki rəqibi turnirin lideri Andrey Volokitin olacaq.

Xəbər 832 dəfə oxundu.