Azərbaycan gimnastı Oleq Stepko dünya kuboku yarışlarında qızıl medal qazanıb
Portuqaliyanın Anadiya şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışları keçirilib.

Ölkəmizi “Rio-2016” Olimpiya Oyunlarında təmsil edəcək Oleq Stepko paralel qollarda qızıl medal qazanıb. O, bu alətdə çıxışına görə hakimlərdən 15.800 xal alıb.

Sərbəst hərəkətlərdə və halqalar üzərində çıxışına görə də finala yüksələn idmançımız hər iki növdə 7-ci nəticə göstərib.

O.Stepko ilə birgə paralel qollarda finala vəsiqə qazanmış digər təmsilçimiz Petro Paxnyuk isə 5-ci olub.

Xəbər 726 dəfə oxundu.