Bədii gimnastlarımız Astanda uğurla çıxış ediblər
Astanada bədii gimnastika üzrə “Zhuldyz-Cup” adlı beynəlxalq turnir keçirilib.

Yarışda ölkəmizi böyüklərin proqramında Yuliya Solovyova, gənclər arasında isə Dərya Farşbafşəhriyari, Darya Sorokina və Yelizaveta Luzan təmsil ediblər.

Beynəlxalq arenada debüt edən Yuliya Solovyova topla final çıxışında medalın bir addımlığında dayanıb. Gənc gimnast Darya Sorokinanın gürzlərlə final çıxışı ona qızıl medal qazandırıb. Topla çıxışına görə isə o, gümüş medala sahib olub. Dərya Farşbafşəhriyari isə iplə finalda çıxış edərək üçüncü yerlə kifayətlənib.

“Zhuldyz-Cup” ilə yanaşı təşkil olunan “Baby Cup” yarışın da isə Dərya Farşbafşəhriyari çoxnövçülükdə 1-ci olub.

Xəbər 668 dəfə oxundu.