U-19 qızlar Liqasının qalibləri mükafatlandırıldı
Bayıl stadionunda AFFA-nın təşkil etdiyi U-19 qızlar Liqasının 2015/2016-cı il mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. U-19 qızlar Liqasının qalibi “Təhsil” komandası olub.

2-ci yeri “Fidan”, üçüncü pilləni isə “Vətən” komandası tutub. Liqanın ən yaxşı futbolçusu Fəridə Məmmədova (“Vətən”) seçilib, bombardir isə “Fidan” komandasının üzvü Nigar Cəlilli olub.

Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, futbol veteranı Rüstəm Rəhimov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai və müğənni Samirə Allahverdiyeva təqdim ediblər.

Xəbər 652 dəfə oxundu.