Krşevan Santini: "Elə komanda yoxdur ki, ona qarşı yarım güc sərf edərək oynaya biləsən"
"Neftçi” PFK-nın yeni qapıçısı Krşevan Santini Neftçi TV-yə açıqlama verib. Təcrübəli qolkiper bunları bildirib:

"Deyə bilərəm ki, bura mənim çox xoşuma gəlir. İlk gündən komanda məni yaxşı qəbul elədi. İki oyun keçirdik, yaxşı oynadıq, sadəcə, ikinci oyunun nəticəsi bizi qane eləmədi. Bizim üçün çox vacib olan Maltadakı oyuna hazırlaşırıq və ümüd edirəm ki, hər şey normal olacaq. Bu gün hamı futbol oynamağı bacarır, elə komanda yoxdur ki, ona qarşı yarım güc sərf edərək oynaya biləsən. Bilirəm ki, bu oyuna çox ciddi hazırlaşacağıq”.

Xəbər 775 dəfə oxundu.