2,5 xal «Şah»a yetmədi
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov fevralın Yurmalada qrossmeyster Vladimir Petrovun xatirəsinə keçirilmiş sürətli şahmat üzrə beynəlxalq turnirdə 8 iştirakçı arasında 7-ci yeri tutub. İdman.com.az saytının məlumatına görə, o, final səkkizliyində 7 oyuna 2,5 xal toplayıb.

Şəhriyar dünənki 3 məğlubiyyətin ardından bu gün əvvəl polşalı Mixal Krasenkova qalib gəlib, sonra rusiyalı Alesandr Morozeviçə yenilib. Şahmatçımız almaniyalı Daniel Fridmana qalib gəldikdən sonra, son turda ukraynalı Vasili İvançukla heç-heçə edib.
Turnirin qalibi adını 5 xalla rusiyalı Aleksandr Morozeviç qazanıb.

Xəbər 1366 dəfə oxundu.