"Qarabağ"ın rəqibi olan Lüksemburqun klubu daha iki yoxlama oyunu keçirəcək
UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqibi olan Lüksemburqun "Düdelanj" klubu daha iki yoxlama oyunu keçirəcək. Sözügedən komanda sabah Paraqvayın "Qabriel" klubunun U-23-ü ilə üz-üzə gələcək.

İyulun 2-də isə lüksemburqlular yerli "Hamm Benfika" ilə qarşılaşacaqlar.

Qeyd edək ki, "Düdelanj" daha öncə "Fola Eş"lə qarşılaşmış və 2:6 hesabıyla uduzmuşdu.

Xəbər 794 dəfə oxundu.