Gəncənin “Kəpəz” klubu bu gün Avropa Liqasında ilk oyununu keçirəcək
UEFA Avropa Liqasında mübarizə aparan futbol klublarımızdan “Kəpəz” bu gün ilk oyununu keçirəcək.

“Dalğa Arena”da keçiriləcək oyunda Gəncə təmsilçisi Moldovanın “Daçiya” komandası ilə qarşılaşacaq. Saat 20.00-da başlayacaq oyunu Qazaxıstanı təmsil edən hakimlər idarə edəcək.

Oyunun baş hakimi Aleksander Gauzer olacaq. Baş hakimin köməkçiləri Sergey Vassyutin və Alibek Aubakirovdur. Dördüncü hakim funksiyasını isə Daniyar Saxi yerinə yetirəcək.

Matçın UEFA nümayəndəsi Leonid Kaloşin (Rusiya), hakim-inspektoru isə Oleq Çuykun (Belarus) olacaq.

Xəbər 843 dəfə oxundu.