Daçiya artıq Bakıdadır
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində sabah "Kəpəz"in qonağı olacaq Moldovanın "Daçiya" klubu artıq Bakıdadır. Komanda Kişinyov-İstanbul-Bakı marşrutu üzrə hərəkət edib və bu gün səhər saatlarında Azərbaycan paytaxtına çatıb.

Baş məşqçi Oleq Bejenar ölkəmizə 19 futbolçu gətirib:

Qapıçılar: Dmitri Çelyadnik, Dorian Raylyan;

Müdafiəçilər: Andrey Slinkin, Semeon Bulqaru, Vyaçeslav Posmak, Mecit Neziri, Abdul-Qafar Mamex, Vasili Jardan;

Yarımmüdafiəçilər: Rinar Valeyev, Sapol Mani, Yevgeni Koçuk, Maksim Qavrilenko, Maksim Kojokaru, Aleksandr Bejan, Yaser Tsurkanu;

Hücumçular: İqor Buqayev, Denis Kojanov, Andrey Buqnyak, Maksim Feşuk.

Qeyd edək ki, "Kəpəz" - "Daçiya" matçı sabah "Dalğa Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.

Xəbər 1069 dəfə oxundu.