Sabah Londonda Uimbldon tennis turniri start götürəcək
İyunun 27-də Londonda ot örtüklü kortda keçirilən yeganə “Böyük Dəbilqə” yarışlarından olan Uimbldon tennis turniri start götürəcək.

Avstraliya, Fransa (Roland Qarros) və ABŞ açıq turnirləri ilə birlikdə ən əsas dörd tennis yarışından biri olan Uimbldon bu il 130-cü dəfə təşkil olunur. Builki turnirin ümumi mükafat fondu 28,1 milyon funt sterlinq təşkil edir ki, bu da ötən ilkinə nisbətən 5 faiz çoxdur.

Turnirdə qadın tennisçilərin yarışına iyulun 9-da, kişi idmançıların mübarizəsinə isə bir gün sonra yekun vurulacaq. Həm qadınların, həm də kişilərin yarışında qalib gələn tennisçi 2 milyon funt sterlinq məbləğində mükafatın sahibi olacaq.

Xəbər 790 dəfə oxundu.