Rındinin komandası lideri məğlub etdi
Rəqib baş məşqçi həmyerlimizin şəninə tərif deyib

Azərbaycan yığmasının üzvü Aleksandr Rındinin şərəfini qoruduğu «Universitet-Yuqra» klubu, dünən Rusiya Superliqasında növbəti matça çıxıb. Surqut təmsilçisi səfərdə Yekaterinburq «Ural»ının qonağı olub. Üstün oyun nümayiş etdirən «Universitet-Yuqra» liderə 71:67 hesabı ilə qalib gəlib. Bu matçda həmyerlimiz komandasına 10 xal qazandırıb.

Görüşdən sonra rəqib baş məşqçi Stanislav Yeromin basketbolçumuz haqda xoş sözlər işdəlib: «Surqut komandası yaxşı təsir bağışladı. Rəqibin aparıcı oyunçusu Rındin da yaxşı oynadı. Hesab edirəm ki, «Ural» bu gün Rındindən çox çəkinirdi. Axı, kim ondan qoxmaz: halqanın qarşısında 2,25 sm boya malik nəhəng dayanır. Öz basketbollarımız oynamağa çalışsalar da, tələsirdilər, çoxlu səhvlərə yol verirdilər».

Qeyd edək ki, Surqut təmsilçisinin hazırda 34 xalla 4-cü pillədədir. Onları lider «Ural»dan10 xal ayırır.

Xəbər 1327 dəfə oxundu.