Qəbələ - Samtredia matçının biletləri satışa çıxarıldı
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Samtredia" (Gürcüstan) oyununun biletləri satışa çıxarılıb. Biletləri bu gündən etibarən 8-ci km stadionunun kassalarından almaq olar.

Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, iyunun 30-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Samtredia" matçı saat 21:00-da başlayacaq.

Xəbər 784 dəfə oxundu.