AÇ-2016-da 1/8 final start götürür
Fransada keçirilən Avropa çempionatı davam edir. Qitə birinciliyində iki günlük fasilədən sonra bu gün 1/8 final mərhələsinə start veriləcək.

Günün ilk qarşılaşmasında İsveçrə və Polşa üz-üzə gələcək.

Növbəti görüşdə iki Britaniya təmsilçisi - Uels və Şimali İrlandiya derbisi baş tutacaq.

Nəhayət, günün son matçı Xorvatiya və Portuqaliya yığmaları arasında keçiriləcək.

AÇ-2016
1/8 final mərhələsi
25 iyun

17:00. İsveçrə - Polşa
Baş hakim: Mark Klattenburq (İngiltərə).
Sent-Etyen.

20:00. Uels - Şimali İrlandiya
Baş hakim: Martin Atkinson (İngiltərə).
Paris.

23:00. Xorvatiya - Portuqaliya
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya).
Lans.

Xəbər 751 dəfə oxundu.