Sumqayıt yeni mövsüm üçün hazırlığa başladı
"Sumqayıt" Futbol Klubu 2016/2017 futbol mövsümü üçün hazırlıqlara start verib. Komanda dünən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk məşqinə çıxıb.

Baş məşqçinin planına əsasən, komanda məşqin ilk hissəsini dəniz kənarında qaçışla başlayıb, ardından stadionda fiziki çalışmalara üstünlük verib. Heyətə cəlb olunmuş yeni futbolçular komanda ilə birlikdə məşqlərə başlayıb.

Qeyd edək ki, "Sumqayıt"ın təlim-məşq toplanışı və yoxlama oyunlarının proqramı hələ açıqlanmır.

Xəbər 776 dəfə oxundu.