Kəpəz - Daçiya matçının hakimləri açıqlandı
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyunun 28-də “Dalğa Arena”da keçiriləcək “Kəpəz” – “Daçiya” (Moldova) matçının hakim təyinatları açıqlanıb. Bu oyunu Qazaxıstanı təmsil edən hakimlər idarə edəcək:

Baş hakim: Aleksander Gauzer
Baş hakimin köməkçiləri: Sergey Vassyutin, Alibek Aubakirov
Dördüncü hakim: Daniyar Sakhi
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)
Hakim-inspektor: Aleh Chykun (Belarus)

Xəbər 916 dəfə oxundu.