Qarabağın rəqibindən daha 4 transfer
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Lüksemburq "Düdelanj"ı heyətinə yeni futbolçular cəlb edib. Sözügedən komanda Almaniyanın "Kayzerslautern II" klubundan yarımmüdafiəçi Mario Pokaranı, yerli "Jeness"dən Momara N`Ndiaye və Brayan Melisseni transfer edib. "Rodanja"nın qapıçısı Co Frizinqa isə isarəyə götürülüb.

Qeyd edək ki, "Qarabağ"la "Düdelanj" arasındakı ilk oyun iyulun 7-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.

Xəbər 747 dəfə oxundu.