Yunan-Roma güləşçilərimiz “Rio-2016”ya ABŞ və Mərakeş idmançıları ilə birgə Göygöldə hazırlaşırlar
Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə, yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının üzvləri məşqlərini Göygöl Olimpiya İdman Kompleksində davam etdirirlər. İyunun 20-dən növbəti təlim-məşq toplanışına qoşulan yunan-Roma güləşi yığmamızla birgə ABŞ və Mərakeş pəhləvanları da Göygölə səfər ediblər. Toplanışda ABŞ yığmasının 9, Mərakeş komandasının isə 4 üzvü iştirak edir.


Təlim-məşq toplanışı iyulun 4-dək davam edəcək. Ardınca yığma komandamızın üzvlərinin daha bir sınaq turnirində iştirakı gözlənilir.

Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq.

Güləş yarışları avqustun 14-dən 21-dək keçiriləcək.

Xəbər 663 dəfə oxundu.