Dalğa Arenada açıq məşq və mətbuat konfransı olacaq
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Kəpəz” – “Daçiya” (Moldova) oyunundan bir gün öncə hər iki komandanın açıq məşqi və mətbuat konfransı təşkil olunacaq. İyunun 27-də saat 18:00-da “Dalğa Arena”da “Kəpəz”in mətbuat üçün açıq məşqi keçiriləcək. Saat 19:00-da isə mətbuat konfransı olacaq.

Moldovanın “Daçiya” klubunun mətbuat konfransı isə saat 19:30-a, məşqi saat 20:00-a planlaşdırılıb. Rəqib komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Xəbər 847 dəfə oxundu.