Dario Melnyak: "Bu mənim üçün irəli atılmış bir addımdır"
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi” PFK-nın yeni transferi Dario Melnyak fikirlərini açıqlayıb. 22 yaşlı xorvatiyalı futbolçu Neftçi TV-yə bunları bildirib:

"İlk gündən komandada olan atmosfer yaxşıdır, futbolçular çox mehribandırlar. Oyunçular çox böyük səylə məşq edirlər, Maltada keçiriləcək oyun üçün bütün hazırlıqlarımızı edirik. Bildiyimə görə, "Neftçi” Azərbaycan futbol liqasının ən titullu komandasıdır və bu liqa ildən-ilə daha da yaxşılaşır. "Neftçi” komandası Avropa Liqasında oynayır və bu mənim üçün də yaxşı bir haldır. Bu mənim üçün irəli atılmış bir addımdır və düşünürəm ki, bu komanda ilə biz çox böyük uğurlar əldə edə bilərik”.

Xəbər 808 dəfə oxundu.