Özbəkistan portalları Bakıda keçirilən Formula-1 yarışından yazır
Özbəkistanın kultura.uz və kun.uz portalları Bakıda keçirilən Formula-1 Avropa Qran-pri yarışından bəhs edən məqalələr yayıb.

Məqalələrdə bildirilir ki, iyunun 17-19-da Bakıda növbəti dəfə dünya miqyaslı böyük idman tədbiri keçirilib. Dünyanın diqqəti Şərq və Qərbin kaloritini özündə birləşdirən Bakıya yönəlib. Birinci Avropa Oyunlarından sonra yarım milyard auditoriyası olan Formula-1 yarışının Bakıda keçirilməsi bir daha sübut edir ki, Azərbaycan idman ölkəsidir və bu ölkənin idman nüfuzu getdikcə artmaqdadır. Gələn il isə Azərbaycan IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.

Məqalələrdə bildirilir ki, pilotlar saatda 340 kilometr olmaqla altı kilometrdən çox məsafəni 51 dəfə qət edib, 20 çətin döngədən keçiblər.

Yazılarda komandalar, yer tutan idmançılar haqqında da məlumat verilir.

AZƏRTAC

Xəbər 688 dəfə oxundu.