Kimberli Qlass: “Fənərbağça” səddi aşacağımıza inanırıq
“Komandamızı qarşıda bir-birindən çətin sınaqlar gözləyir və əgər bu tempdə hazırlıqlarımızı davam etsək, məqsədəmizə çata bilərik”. İdman.com.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Kimberli Qlass deyib. Amerikalı legioner Avropa Çempionlar Liqasının 1/4 final mərhələsində Türkiyənin “Fənərbağça” klubu ilə oyuna münasibət bildirib.

Onun sözünə görə, “Rabitə” hazırda çox güclüdür və əsas məqsədləri Avropanın ən möhtəşəm yarışını qalib kimi başa vurmaqdır: “Biz hamımız qələbə qazanacağımıza ümid edirik. Düzdür, “Fənərbağça” da güclü komandadır. Lakin bu səddi aşacağımıza inanırıq. Çempionlar Liqasının qalibi ola biləcək komandalardan biriyik”.
Qeyd edək ki, ölkə çempionumuz “sarı-lacivərdlər”i fevralın 22-də qəbul edəcək.

Xəbər 1157 dəfə oxundu.