“Neftçi” xorvatiyalı qapıçı Krşevan Santini ilə müqavilə bağlayıb
“Neftçi” xorvatiyalı qapıçı Krşevan Santini ilə müqavilə bağlayıb. Peşəkar karyerasına Xorvatiyanın “Zadar” klubunda başlamış qapıçı daha sonra “Seqesta”, “Moslavina”, “İnter” (Zapreşiç) kimi klubların formasını geyinib.

2013-2015-ci illərdə Ukraynada legioner həyatı yaşamış qapıçı “Zarya” klubunun şərəfini qoruyub. Krşevan Santini son olaraq Kiprin “Enosis” klubunda çıxış edib.

Xəbər 884 dəfə oxundu.