Bədii gimnastika üzrə 32-ci Avropa çempionatına yekun vurulub
İsrailin Holon şəhərində bədii gimnastika üzrə 32-ci Avropa çempionatına yekun vurulub.

Ölkəmizi “Rio-2016” Olimpiya Oyunlarında təmsil edəcək Marina Durunda çoxnövçülük yarışlarında 7-ci yerdə qərarlaşıb, böyüklər arasında debüt edən Jalə Piriyeva isə 20-ci olub.

Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Ayşən Bayramova və Elif Zeynep Celepdən ibarət qrup hərəkətləri komandası lentlə çıxışda finala vəsiqə qazanaraq 8-ci yeri tutub.

Gənclər arasında keçirilən yarışlarda Azərbaycanı İlahə Məmmədova, Veronika Hudis və Zöhrə Ağamirova təmsil ediblər. İlahə halqa, Veronika isə iplə çıxışda finalda mübarizə apararaq 8-ci yerlərdə qərarlaşıblar. Komanda hesabında gənc gimnastlarımız 36 ölkə arasında 8-ci yeri tutublar.

Xəbər 648 dəfə oxundu.