Gimnastlarımız dünya çempionatında iştirak ediblər | |
Koreya Respublikasının İnçeon şəhərində aerobika gimnastikası üzrə dünya çempionatı keçirilib. 2013-cü ilin sonundan etibarən ölkəmizdə inkişaf etməyə başlayan bu gimnastika növünün təmsilçiləri ilk dəfə olaraq belə mötəbər yarışa qatılıblar. Dünya çempionatında kişilərin fərdi yarışlarında çıxış edən Vladimir Dolmatov 20-ci, dünya yaş qruplarında qadınların fərdi çıxış proqramı üzrə yarışlarda isə Nərminə Hüseynova 35-ci nəticə göstərib. |
|
Xəbər 836 dəfə oxundu. |
|
|