Rövnəq Abdullayev: Bütün klublarımız mərhələ keçə bilər
AFFA prezidenti Rövnəq Abdullayev avrokubokların yeni mövsümünün ilk püşkatmasının nəticələrinə münasibət bildirib. O, bunları söyləyib:

"Püşk bizim üçün uğurlu alındı. Rəqiblərimizin hamısı keçiləsi komandadır. Dörd klubumuzun hamısına uğurlar arzulayıram. Onların hamısı mərhələ keçə bilər".

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının ikinci mərhələsindən mübarizəyə başlayacaq və Lüksemburq "Düdelanj"ı ilə qarşılaşacaq. Avropa Liqasındakı təmsilçilərimizə gəlincə, "Qəbələ" Gürcüstan "Samtredia"sı, "Neftçi" Malta "Baltsan"ı, "Kəpəz" də Moldova "Daçiya"sı ilə qarşılaşacaq.

Xəbər 856 dəfə oxundu.